Arif Məlikovun abidəsi ucaldılıb
2 İyun 2020 15:04 MədəniyyətXalq artisti Arif Məlikovun məzarı üzərində abidəsi ucaldılıb.
Olaylar.az xəbər verir ki, bu barədə APA-ya abidənin müəllifi, Xalq rəssamı Ömər Eldarov məlumat verib.
O bildirib ki, mərhum bəstəkarın qəbirüstü abidəsi ildönümü ərəfəsində ucaldılıb: "Sadəcə karantinə görə bir neçə nəfərlə məzarını ziyarət elədik, geniş açılış mərasimi keçirilmədi".
Qeyd edək ki, Arif Məlikov 9 may 2019-cu ildə vəfat edib. O, Fəxri Xiyabanda dəfn edilib.






Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31