Əsərlər elektron qeydiyyata alınır

Qeydiyyatdan keçirilmiş əsərlər və onların müəllifləri (hüquq sahibləri) haqqında Müəllif Hüquqları Agentliyində elektron məlumat bazası yaradılıb. "Olaylar"ın verdiyi məlumata görə, bu barədə ictnews elektron xəbər xidmətinə agentlikdən məlumat verilib.MHA-dan bildiriblər ki, MDB məkanında Azərbaycan əsərlərin qeydiyyatı sisteminin tətbiq edildiyi ilk ölkələrdən biridir. İndiyədək agentlikdə 8 mindən çox əsər və əlaqəli hüquq obyektləri qeydiyyatdan keçirilib. Bununla yanaşı, agentlik tərəfindən rəqəmli "Folklor" elektron kitabxanası yaradılıb. Folklor üzrə rəqəmli kitabxanada musiqili folklor  və memarlıq əsərlərinə  dair nümunələr  toplanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31