Qobustan qoruğundan yeni kampaniya - “Qobustanın qayasında təsvir ol”

Beynəlxalq Muzeylər Günü münasibətilə Qobustan Milli Tarixi-Bədii Qoruğu sosial media vasitəsilə “Qobustanın qayasında təsvir ol” kampaniyası elan edib.

Beynəlxalq Muzeylər Günü münasibətilə Qobustan Milli Tarixi-Bədii Qoruğu sosial media vasitəsilə "Qobustanın qayasında təsvir ol" kampaniyası elan edib.

Olaylar.az bildirir ki, kampaniyaya qoşulmaq istəyənlər Qobustanda çəkilmiş fotolarını qoruğun "facebook" və "instagram" hesablarında paylaşmalıdırlar.

Həmin fotolar Qobustanın ICOM posterinin dizaynında istifadə ediləcək. Həmçinin 18 may saat 15:00-da yaradıcılığında Qobustan qayaüstü təsvirlərinin motivlərindən istifadə edən rəssam-keramist Mir Teymur Məmmədovla qoruğun "facebook" səhifəsində canlı görüş olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31