Dövlət Rəsm Qalereyasının növbəti virtual sərgisi Ulu Öndərə həsr edilib
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının növbəti virtual sərgisi ümummilli lider Heydər Əliyevin 97-ci ildönümünə həsr edilib.
12 May 2020 10:34 MədəniyyətMədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının növbəti virtual sərgisi ümummilli lider Heydər Əliyevin 97-ci ildönümünə həsr edilib.
Olaylar.az bildirir ki, sərgidə Heydər Əliyevin Azərbaycan xalqının taleyində, ölkənin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsində əvəzsiz xidmətlərindən bəhs edən, eyni zamanda dahi şəxsiyyətin fəaliyyəti dövründə respublikamızın ictimai-siyası, sosial, iqtisadi, elmi-mədəni həyatındakı hadisələri əks etdirən, ümummilli liderin incəsənət xadimləri ilə birgə fotoları, Heydər Əliyevin rəssamlar tərəfindən müxtəlif texnika və üslubda işlənmiş əsərlər nümayiş olunub.