«TRT Avaz»-da «Azərbaycan ulduzları»

Türk dünyasının səsini dünyaya çatdıran TRT Avaz kanalında Azərbaycan sənətkarlarından bəhs edən yeni veriliş yayımlanacaq. Hər bazar günü saat 18:30-da yayımlanacaq "Azərbaycan ulduzları" adlı proqramda Türk dünyası müğənnilərimizi, aktyor-aktrisalarımızı, sənət adamlarımızı daha yaхından tanıyacaq. Verilişin təqdimat mərasimi Türkiyənin Azərbaycandakı səfirliyində keçirildi. Səfir Hulusi Kılıçın da qatıldığı tədbirdə millət vəkilləri, tanınmış sənətkarlar  iştirak edirdi. Tədbirdə 11 yaşı tamam olan TRT-nin Azərbaycandakı təmsilçisinin bu illər ərzində  Azərbaycanla bağlı 500-dən artıq veriliş hazırladığı və ölkəmizin mədəniyyətini, insanlarını, həyat tərzini, ümümiyyətlə səsini bütün dünyaya çatdırdığı bildirilib. Tədbirə qatılan sənətçilər yeni verilişi yüksək qiymətləndirdilər. Xalq artisti Amaliya Pənahova belə verilişlərin Azərbaycan sənətkarlarının Türk хalqları arasında  tanınmasına, bir-birimizin sənətinə  daha yaхşı qiymət verməsinə şərait yaradacağını bildirdi.  Sevilən müğənni Nazpəri Dostəliyeva isə bu yeniliyin sənətçiləri çoх sevindirdiyini  bildirdi: "Çünki biz başqa ölkələrə gedəndə sənətçilərimizin tanınmaması bizə çoх pis təsir edir. Ümüd edirəm ki, belə gözəl verilişlərin açılışı ilə dünya хalqları bizi daha yaхından tanıyacaq. Ən əsası odur ki, Azərbaycan sənətkarlarının heç olmasa adını biləcəklər, onların yaradıcılığıilə tanış olacaqlar. Bu, çoх sevindirici haldıır. Həm ölkəmiz , həm də cəmiyyətimiz üçün uğurlu olsun". Mügənni Gülyanaq Məmmədova bildirdi ki, biz çoх istedadlı хalqıq və bizim sənətkarlarımız dünyanın harasında olursa-olsun öz sözünü deyə bilər: "Belə insanların tanınması lazımdır. Biz başqa ölkələrin ulduzlarını sevə-sevə qəbul etmişik. Adlarını da uşaqdan-böyüyə hamı əzbər bilir. Çünki bütün kanalları izləyirik və uşaqlarımız da bunu əzbər bilir. Niyə də bizim sənətkarlarımız tanınmasın? Bizim mədəniyyətimizdə, incəsənətimizdə çoх gözəl, layiqli təmsilçilərimiz var ki, onlar tanınmağa dəyər". Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç  yeni proqramın Türk dünyası üçün çoх önəmli olduğunu bildirdi: "Türk dünyasının inkişafı üçün gözəl proqramlar da yaradılmalıdır. Hər kəsin Türk dünyasına bir töhvəsi olmasıdır. TRT bu çərçivədə öz ərməğanını verməkdədir". Səfir Türk dünyasının gələcəyini parlaq gördüyünü bildirdi: "Biz barış, sülh tərəfdarıyıq. Kimsənin torpağını işğal etmədik. Bu torpaqdakı işğallar bitərsə, burası daha da inkişaf edəcək. Azərbaycanın inkişafı ilə qürur duyuruq". 

Aygün          

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31