Rəbiqə Nazimqızından yeni kitab - “Çətirlərin qiyamı”

 Dövlət Tərcümə Mərkəzi “Gənc yazarlara dəstək” layihəsi çərçivəsində gənc Azərbaycan şairi Rəbiqə Nazimqızının “Çətirlərin qiyamı” kitabını nəşr edib.

Dövlət Tərcümə Mərkəzi "Gənc yazarlara dəstək" layihəsi çərçivəsində gənc Azərbaycan şairi Rəbiqə Nazimqızının "Çətirlərin qiyamı" kitabını nəşr edib.

Müəllifin Olaylar.az verdiyi məlumata görə ölkədə karantin rejimi ilə əlaqədar ictimai tədbirlərin qadağan olunması ilə bağlı kitabın təqdimat tarixini müəyyən etməkdə çətinlik çəkir: "Sentyabr ayında nəzərdə tutulan kitab yarmarkasında "Çətirlərin qiyamı" da iştirak edəcək. Təqdimatla bağlı tədbirləri  Dövlət Tərcümə Mərkəzi ilə birgə müəyyənləşdirəcəyik."

Rəbiqə Nazimqızı "Çətirlərin qiyamı"nda bundan öncə nəşr olunan kitablarda yayımlanmayan şeirlərinin yer aldığını bildirib: "Bu kitab uzun müddət idi ki, çapa hazırlanırdı. Kitabda demək olar ki, bütün şeirlər yenidir. "Çətirlərin qiyamı"nda yer almayan yeni şeirləri isə gələcəkdə kitab şəklində oxuculara təqdim edəcəm".

Qeyd edək ki, kitaba müəllifin "Manifest", "Zəlzələ", "Müharibə", "Portağal şəhəri", "Qısqanclıq", "Günah", "Limon ətri", "Qadın etirazı" kimi yüzə yaxın şeiri daxil edilib.

Kitabın "Ön söz"ünün müəllifi Əlisəmid Kür, redaktoru Salam Sarvandır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31