Xaricdə yaşayan həmvətənlərimiz #senetinledestekle challenge-inə qoşulacaq
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin başlatdığı #senetinledestekle challenge-inə bu həftə dünyanın bir çox ölkələrində yaşayan və Azərbaycan musiqisini uğurla təmsil edən ifaçılarımız qoşulacaqlar.
24 Aprel 2020 17:57 MədəniyyətBakı Şəhər Mədəniyyət Baş İdarəsinin başlatdığı #senetinledestekle challenge-inə bu həftə dünyanın bir çox ölkələrində yaşayan və Azərbaycan musiqisini uğurla təmsil edən ifaçılarımız qoşulacaqlar.
Türkiyədən istedadlı musiqiçi ailəsi, Azərbaycan musiqisini ölkəmizin hüdudlarından kənarda uğurla təmsil edən pianoçu, Əməkdar artist İslam Manafov və onun qızı - dirijor, bəstəkar və pianoçu, Əməkdar artist Turan Manafzadə "Güc birlikdədir" söyləyərək hamını #evdəqal-mağa səslədi.
Olaylar. az bildirir ki, aprelin 24-ü saat 20.00-da gənc fleyta ustası Ağarəhim Quliyev Fransanın paytaxtı Paris şəhərindən, aprelin 25-i isə saat 21.00-də İspaniyanın paytaxtı Madrid şəhərindən skripka musiqisini gənc və istedadlı ifaçı Kamran Ömərli təqdim edəcəklər.
Konsertlər Baş İdarənin @bakimedeniyyetidaresi rəsmi "instagram" hesabından canlı yayımlanacaq. İzləyicilərimiz həmçinin sənətçilərimizlə birbaşa ünsiyyət qurub, onlara suallarını, arzu və istəklərini ünvanlaya biləcəklər.


