Muğam Mərkəzindən Xalq artisti Аrif Məlikovun yaradıcılığına həsr olunmuş canlı konsert təqdim olundu

Mədəniyyət Nazirliyi və "Mədəniyyət" kanalı tərəfindən birgə "Bizi birləşdirən mədəniyyət" layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzindən növbəti canlı konsert proqramı təqdim olunub. 

Olaylar.az bidirir ki, ölkəmizdə tətbiq edilən sosial izolyasiya və xüsusi karantin rejimində insanların incəsənətimizə yaxın olması məqsədilə aprelin 1-dən start verilən layihə çərçivəsində reallaşan təqdimatlarda Beynəlxalq Muğam Mərkəzi (BMM) yaxından iştirak edərək dəstək olur.

Layihənin "Əbədiyaşarlarımız" adlı  təqdimatının bu həftəki buraxılışı görkəmli bəstəkar , Xalq artisti Arif Məlikov yaradıcılığına həsr olunub.  

Canlı yayımda BMM-nin solistləri Ayşən Mehdiyeva və Sərxan Bünyadzadə çıxış ediblər. Solistlərin ifasında muğamlarımız, xalq mahnıları və təsniflər səsləndirilib.Xanəndələr karantin günlərində BMM -nin onlayn layihələrində fəaliyyətləri ilə bağlı təəssüratlarını da tamaşaçılarla bölüşüblər. 

Verilişdə həmçinin ADMİU-nin maqistri, rəssam Röya Həsənova qonaq olaraq layihəyə töhfə olaraq bəstəkar Arif Məlikovun portretini təqdim edib. 

Qeyd edək ki, layihələrin çəkilişləri həftənin üç günü canlı olaraq BMM-dən yayımlanır. Canlı yayımlar, eyni zamanda, BMM -nin "Facebook" səhifəsindən də təqdim edilir. Konsertlərin anonsları əvvəlcədən BMM-nin sosial şəbəkələrində izləyicilərə təqdim olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31