Tovuzda və Qazaxda eyvan konsertləri keçirilib
24 Aprel 2020 12:27 MədəniyyətAğstafa Regional Mədəniyyət İdarəsi sosial izolyasioya qaydalarının tətbiq olunduğu karantin günlərində əhalinin səmərəli istirahətini təmin etmək məqsədilə silsilə tədbirlərini davam etdirir.
Olaylar.az bildirir ki, idarənin əhatə etdiyi Tovuz və Qazax rayonlarında çoxmərtəbəli yaşayış binalarında "Musiqili Eyvan" adlı bir-birindən maraqlı eyvan konsertləri baş tutub. Tovuzda Mədəniyyət Mərkəzi və Aşıq Əsəd Rzayev adına Uşaq Musiqi Məktəbinin, Qazaxda həmçinin, Mədəniyyət Mərkəzi və 1 saylı Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən konsert proqramları bina sakinləri tərəfindən maraqla qarşılanıb. Səsləndirilən ifalar öz eyvanlarından konserti dinləyənlərin zövqünü oxşayıb, onlara maraqlı anlar bəxş edib.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31