Yeni layihə - “Biz xalqın içindəyik”
21 Aprel 2020 10:28 MədəniyyətBakı Şəhər Mədəniyyət Baş İdarəsi ciddi karantin şəraitində əhalinin asudə vaxtını təşkil etmək, onlara nikbin əhval-ruhiyyə bəxş etmək məqsədilə silsilə tədbirlər keçirir, eyni zamanda ölkədə həyata keçirilən bir sıra layihələrə öz töhfəsini verir.
Olaylar. az bildirir ki, bu günlərdə Baş İdarə, Mədəniyyət Nazirliyi və Mədəniyyət kanalının birlikdə gerçəkləşdirdiyi "Bizi birləşdirən mədəniyyət" layihəsi çərçivəsində Səbail və Yasamal rayonlarında "Biz xalqın içindəyik" təşəbbüsü ilə konsertlərə start verib.
Azərbaycan mədəniyyətinin mühüm hissəsi olan ədəbi-musiqili məclislər, açıq konsertənənələri, XIX-XX əsrlərdə Bakıda xüsusilə vüsət almış və milli musiqimizin inkişafında, ədəbi mühitin zənginləşməsində mühüm rol oynayıb.
Ənənələri inkişaf etdirərək, onları müasir tamaşaçı zövqünə uyğun təbliğ və təşviq edən Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon İcra Hakimiyyətinin dəstəyi iləBadamdar qəsəbəsinin Abbasqulu Abbaszadə küçəsində və Rafiq İsgəndərov küçəsi ilə Əziz Nəzərov küçələrinin kəsişməsində yerləşən "Abad həyət"lərdəvə Yasamal rayon İcra Hakimiyyətinin dəstəyi ilə küçələrdə "Evakuator" üzərində keçirilən "Biz xalqın içindəyik" konsertləri ilə Bakı sakinləri ilə həmrəyliklərini bildirərək, onları yaşadıqları həyətlərdən, məhəllələrdən salamlayıb, izləyicilərə xoş ovqat bəxş edib. Bu konsertlər Baş İdarənin "instagram" hesabı üzərindən canlı yayımlanıb.
Konsertlərdə Azərbaycan Respublikasının Əməkdar artistləri Lalə Məmmədova, Ədalət Şükürov, populyar müğənnilər Zamiq Hüseynov, Aysel Əlizadə çıxış ediblər.

