Sumqayıt Dövlət Dram Teatrında videokonfrans keçirildi

Sumqayıt Dövlət Dram Teatrında tarixində  xüsusi rejimli karantin günləri ilə  bağlı kollektivin  fəaliyyətinə həsr olunmuş  videokonfrans keçirilib. Bu günlərdə teatr əməkdaşlarının  fəaliyyətinin  ev şəraitinə  uyğun tənzimləməsi kimi mühim məsələlər  videokonfransın əsas mövzusu olub.

Olayıar.az bildirir ki, sahə və xidmət rəhbərlərinin  qatıldığı  online iclasda   dünyanı cənginə almış koronavirus  pondemiyası (COVİD-19)  təhlükəsinə qarşı  Azərbaycan dövlətinin operativ şəkildə  qabaqlayıcı  tədbirlər görməsi, sosial izolyasiya  çərçivəsində  "Evdə qal, sağlam ol" konpaniyasının uğurla aparılması  diqqətə çatdırıldı.

​Teatrın direktoru Əməkdar artist  Mübariz Həmidov  sənət ocaqlarının online  çıxışlarının  müsbət rezonans  doğurduğunu söylədi. Əməkdar artist bildirdi ki,  müasir texnoloji vasitələrin  yaratdığı geniş imkanlardan  bəhrələnərək  biz də özümüzün  virtual  repertuar planını  qurmuşuq.  Sosial .şəbəkələr  üzərindən  doğma tamaşaçılarımıza xidmət göstəririk. Karantin günlərinin ilk iki həftəsində tamaşalarımızın izlənmə sayı 10 tamaşa üçün 7258-dir.  Bu çətin günlərdə mətbuat xidmətinin  operativliyinin mütləqliyindən danışan direktor  videokonfransda iştirak edən rejissorlara  aktyorların fəallığının vacibliyini,  yaradıcı şəkildə maarifləndirmə işlərinin görülməsini təmin etməklə birgə işin zəruriliyini tövsiyə etdi. Repertuara daxil edilən monotamaşaların  məşqlərinin davam etdirilməsini tapşıran  rəhbərlik digər vacib məsələlərə də  toxundu. 

Teatrın direktoru onu da  diqqətə çatdırdı ki, teatrın inzibati binasında  vaxtaşırı  dezinfeksiya   işləri aparılır.  Xüsausi icazəsi olan əməkdaşlardan  tələb olunur ki, ehtiyac yaranmadıqda  iş yerinə  gəlməsinlər. Həmçinin yaşı 65-i keçmiş  əməkdaşlarla vaxtaşırı  əlaqə saxlasınlar. 

Digər  çıxış edənlər  Nazirlər Kabineti yanında Operativ Qərargahın  qərar və tövsiyyələrinə düzgün  əməl etməyi, məşqləri ev şəraitində  online   davam etdirməyin  zəruriliyi  vurğuladılar. 

Direktor Əməkdar artist Mübariz Həmidov  dövlət başçısı  cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu çətin günlərdə  doğma xalqın  yanında olduqlarını, gərəkən ən zəruri  addımlar  atdıqlarını  bildirdi.  Bu günlər bir daha sübut etdi ki,  Azərbaycan  sosial dövlətdir.- direktor  diqqətə çatdırdı.  Və  biz bununla qürur duyuruq.

Sonda Əməkdar iincəsənət xadimi  Mübariz Həmidov  yaradıcı heyətə  boş vaxtlarından  səmərəli istifadə etməyi, repertuar siyasətinin  bundan sonra da  düzgün formalaşması üçün  yeni ideyalar üzərində  düşünməyi və  online  məşqlərlə  işi ev şəraitində qurmağı  tövsiyyə etdi.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31