“Altın Koza” mükafatçısı kinorejissor koronavirusa yoluxdu

"Gen" filmi ilə "13.Altın Koza Film Festivalı"nda "Ən yaxşı quruluş mükafatı"nı qazanan kinorejissor İlker Canikligil koronavirusa yoluxub.

Olaylar.az türk mediasına istinadən bildirir ki, rejissor bu barədə çəkdiyi video ilə xəbər yayıb.

Canikligil, "Özəl xəstəxanalarda yer tapmaq çətindir. Heç bir xəstəxanada yer yoxdur. Çətinliklə yer tapa bildim. Müalicəyə gəlincə isə, onu deyim ki, tibb bacıları ilə telefonla danışırıq. Dərmanları qapıya qoyub, təkərli masa ilə sizə tərəf itələyib, göndərirlər. Acil durumlarda isə kosmonavt geyimli həkimlər sizə yaxınlaşırlar",- deyə bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31