Sabir Rüstəmxanlının oğlunun toyunda nələr oldu...YENILƏNİB

Bakının şadlıq möhtəşəm şadlıq saraylarından biri olan "Aksaray"da millət vəkili Sabir Rüstəmxanlının oğlu Cəmil Rüstəmxanlının toy mərasimi keçirilib. "Olaylar"ın verdiyi məlumata görə, ölkənin tanınmış simalarının, o cümlədən gəlinin əmisi, nəqliyat naziri Ziya Məmmdovun iştirak etdiyi mərasimdə maraqlı hadisələr yaşanıb. Toy məclisinə məxsusi təşrif buyuran türk müğənnisi Əhməd Şəfəq inanılmaz bir coşqu yaradıb. Sevilən müğənni Röya bu coşqunu öz ifası ilə davam etdirib. Miləlt vəkilləri Gülər Əhmədova və Səyavuş Novruzovun lirik rəqsi məclisə rəng qatıb Lent.az-ın məlumatına görə, C. Rüstəmxanlı ixtisasca filoloq olan Günel Məmmədova ilə ailə həyatı qurub. 300 nəfərə qədər şəxsin iştirak etdiyi toyda gənclərin ailə üzvləri, yaxın qohumları ilə yanaşı məşhur simaların da çoxluğu diqqət çəkib. Toyda Türkiyənin Azərbaycandakı səfiri Hulisi Kılıç, Türkiyədən MHP başqan müavini, millət vəkili Oqtay Vural, millət vəkili Atilla Kaya,Bəngütürk televiziyasının rəhbəri Murad İdə, Azərbaycandan nazirlər, millət vəkilləri, media rəhbərləri, partiya sədrləri, tanınmış ziyalılar iştirak ediblər.Məşhur türk müğənnisi Ahmet Şəfəqin yeni evlənənlərə həsr etdiyi mahnının sədaları altında rəqs edən cütlüyü dostları, qohumları da tək qoymayıblar. Daha sonra isə müğənni Aygün Bəylər toyda mahnılar səsləndiriblər. Lent. az Allah xoşbəxt eləsin!. ŞƏKİL Lent.azdandır
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31