III Animafilm Festivalında uşaq münsiflər heyətinə üzv seçimi qaydaları açıqlandı

III Animalfilm Festivalında uşaq münsiflər heyətinə üzv seçimi qaydaları açıqlandı

Animalfilm Beynəlxalq Animasiya Festivalının Təşkilat Komitəsi bu il oktyabr ayında Bakıda keçiriləcək növbəti festivalda uşaqlardan ibarət münsiflər heyəti yaradacaq. Uşaq münsiflər heyətinə üzvlər seçimini Azərbaycanın tanınmış animasiya rejissoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov həyata keçirəcək.

Olaylar.az bildirir ki, 14-18 oktyabr tarixlərində keçiriləcək tədbir beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim ediləcək. Builki festival Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək illik tədbiri olan İkinci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının davamıdır.

Təşkilatçılar bu ilki festivalda uşaqlardan ibarət münsif heyətinə qoşulmaq hüququnun şərtlərini elan edir. Belə ki, uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi (10 dəqiqəyə qədər) və uşaqlar tərəfindən çəkilmiş ən yaxşı qısametrajlı animasiya filmi (5 dəqiqəyə qədər) müsabiqəsinin qaliblərini 5-10 nəfər uşaqdan ibarət olan münsiflər heyəti müəyyən edəcək. Bunun üçün aşağıdakılar tələb olunur:

1. Yaş məhdudiyyəti: 7-17 yaş;

2. Azərbaycan dilində sərbəst danışmalıdır. Festival beynəlxalq səviyyəli olduğu üçün uşaqların ingilis dili bilməsi arzuolunandır, amma şərt deyil.

3. Uşağın motivasiya məktubu. Məktub bu mövzuları ehtiva etməlidir:

Motivasiya məktubunun başlanğıcında özü haqqında qısa məlumat;

Animasiya filmlərinə diqqətinin səbəbi;

Ən çox sevdiyi animasiya filmi;

Janr baxımından ən çox baxdığı animasiya filmləri;

ANİMAFİLM festivalının uşaq münsif heyətində iştirak etmək istəyinin səbəbi;

Münsif qismində əsaslanacağı meyarlar;

ANİMAFİLM festivalı haqqında bildikləri.

4. Məktuba bunlar əlavə olunmalıdır:

Hər hansı bir animasiya filminə dair esse (şrift Arial, ölçüsü 12, sətirlərarası məsafə 1.15, 1 səhifəyə qədər);

Uşağın bir ədəd rəngli fotoşəkli (ölçü 3x4);

Valideynlər tərəfindən imzalanmış icazə forması  

5. Müraciətlər 15 may, 2020-ci il tarixinədək [email protected] e-poçt ünvanına göndərilməlidir. Qeyd edək ki, nəticələr 31 mayda açıqlanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31