Muğam Mərkəzində dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər görülür
18 Mart 2020 11:32 MədəniyyətKoronavirus infeksiyasının Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə görülən qabaqlayıcı tədbirlər çərçivəsində Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən, nazirliyin tabeliyində olan müəssisələrdə tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin görülməsi işləri davam edir.
Olaylar.az bildirir ki, bununla əlaqədar Beynəlxalq Muğam Mərkəzində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülməkdədir. Müəssisədə ilk ümumi dezinfeksiya işi martın 6-da həyata keçirilib. Bundan əlavə olaraq tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə mərkəzdə mütəmadi olaraq gündəlik ümumi dezinfeksiya işləri həyata keçirilir.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31