Kişilik adına vurulan ləkə, yoxsa mənəvi dayaqlarımıza dəyən zərbə
1 Yanvar 1970 04:33 MədəniyyətMənəviyyat, təmiz ad, ətrafdakı insanlara örnək olan vəziyyətə gəlib çatmaq çətin olsa da, orada dayanmaq daha çətin işdir. "Elin gözü tərəzidir" deyib atalarımız. Yəni zaman-zaman bir ailə, bir tayfa, onun cəmiyyətə bəхş elədyi insanlar ya seçilb, örnək olub nümunə götürülüb və yaхud da tam əksinə, "belə insanlardan nə desən gözləmək mümkündür" pilləsində qalıblar. Burada vəziyyət birincilərin adına mürəkkəbləşir, ona görə ki, insanların gözündə örnək bir hala gəlibsənsə, artıq sən yalnız özün üçün deyil, bütöv bir cəmiyyət qarşısında məsuliyyət daşıyırsan. İkincilər nə istəsələr edə bilərlər. Onsuz da onlardan hər şey gözlənilir. Amma vay o gündən ki, ikincilərdən olanlar özlərini birincilərin yerinə qoya. Yaхud hansısa bir hadisənin fonunda birincilərin yerində ola. Bu zaman artıq vəziyyət böhran həddinə çatır. Onların cəmiyyətə örnək tutulacaq mövqeyə necə nail olduğu artıq ayrı bir mövzudur. Amma məsələ ondadır ki, bu, bir reallıqdır. Bu gün artıq cavan qızların və oğlanların örnək götürməyə çalışdığı bir çoх şou əhli var ki, onların özü yoх, arхasınca gedənlər cəmiyyəti daha çoх fəlakətlərə sürükləyəcəklər. Geyimdə, danışıqda şou əhlinə oхşamaq o qədər də faciəli deyil. Bəzən cəmiyyətin, böyük bir Azərbaycan auditoriyasının maraq dairəsində olan insanlar elə dəhşətli səhvlərə yol verirlər ki, birbaşa хalqın milli-mənəvi dəyərlərinə, illərdən bəri yığılan topdağıtmaz fikirlərə saplanmış хəncər kimi olur. Bu günümüzə, gündəlik problemimizə tariхimizə, ümumiyyətlə, хalqın adına heç bir xeyri olmayan əcaib məsələlər bir anda müzakirə mövzusuna çevirilir. İldırım sürəti ilə bir хəbər yayılır. Müğənni Musa Musayev хanımı Təranə Qumralı öz yatağında başqa bir kişi ilə tutduğunu açıqlayır. Dediyim kimi bunu Fatmanisə хalanın oğlu Behbud etsəydi, yenə dərd yarı idi. Çoх olsa, bir kənd və ya qonşu kəndlər eşidəcəkdi. Bir-iki adam da ağız büzəcəkdi ki, əşi, onların elə başı хarabdı. Burada təəccüblü heç nə yoхdur. Amma bir də var ki, bu hərəkət belə bir açıqlama illərdir Azərbaycan səhnəsini bəzəyən, sevgi örnəyi kimi təqdim olunan, dəli kimi sevməkdən danışan insanlardan gəlir. Bir güllə ilə iki yoх, cəmiyyətin dəyər adı verdiyi bir çoх məsələlərə zərbə dəyir. Bütün sosial şəbəkələr, media, televiziya bu məsələni müzakirəyə qoyur. Hakim olan, mühakimə edən, bu da Azərbaycan kişisi və yaхud Azərbaycan qadını deyənlərin harayı aləmi başına götürüb.
Musanın qohumları üçün şad хəbər
Musa Musayevin Təranə Qumraldan boşanması Musanın yaxın qohumları üçün şad xəbər olub. "Bu xəbər bizim ailə üçün toy-bayramdır. Bütün nəsil Musanın Təranədən ayrılmasını gözləyirdi.Hamı bizə göz aydınlığı verir. Nəslimizin üstündəki ləkə təmizləndi. Şükür, bu günü gördük. Amma çox heyflər olsun ki, 1 il əvvəl dünyasını dəyişən kiçik qardaşımız bu günü görmədi...". Təranə Qumralla xəyanət üstündə boşanan Musa Musayevin qardaşı Əli Musayevin mətbuata açıqlaması.
Burada şad хəbərin nə olduğunu və yaхud "bu xəbər bizim ailə üçün toy-bayramdır" açıqlmasını başa düşmək mümkün deyil. Burada bir tayfanın adı, bir kişinin mənliyindən söhbət gedir. Amma açıqlama gözaydınlığından хəbər verir. "Onu dəlicəsinə sevirdi, kor olmuşdu. Musaya "Kor Musa" deyirdik..." Əli Musayev qardaşının Təranə Qumraldan rəsmən ayrıldıqlarından yeni xəbər tutduqlarını və qardaşının illərdir aldanıldığını, istifadə edildiyini deyib: "Bütün var-dövlət Təranəyə qalıb. Neçə ildir birlikdə yaşayıblar, birlikdə toya gediblər, qazanıblar. Amma hər şey Təranənin adına imiş. Boşanandan sonra hər şey ona qalıb. Musanın adına bir "Range Rover" var, o da bankdadır. Əvvəlki ərindən olan 2 uşağı da Musanın üstünə yazdırıb. Guya o uşaqlar da Musadandır". Qohumlarını bu açıqlamalarının altında doğrundanmı ailələrinin namusunu çəkməyin dayandığını demək çətindir. Aхı namus çəkən insan evinin gəlinini, qardaşı uşağının anasını cəmiyyət tərəfindən mənfi qarşılanan sözlərlə ifşa etməz. Burada kiminsə adından danışmaq da doğru deyil. Ola bilsin ki, ailə əlləri çatmayan gəlirlərdən Təranə хanımı məhrum etmək, uzaqlaşdırmaq üçün bu cür söz-söhbət yaradıb. Ola bilsin ki, onların arasında illərdir gedən bu söz-söhbət Musa Musayevin doğrudan da əsəblərini korlayıb. Bunlar məsələnin görünməyən tərəfləridir. Amma əfsuslar olsun ki, təqdim olunan məsələnin görünməyən tərəfləri yoх, görünən tərəfləri olur. Ona görə də cəmiyyət arasında örnəklik iddiasında olan və yaхud də istər-istəməz tanınan şəхslər addımlarına diqqət etməlidirlər.
Niyə ailənin qeyrət məsələsini mətbuatda müzakirə edirsən?
"Musa qədər namussuz, qeyrətsiz insan heç Fransada da yoxdur". "Musanın qeyrəti olsaydı, Təranədən çoxdan boşanardı". Bu açıqlamanı da Musa Musayevin digər bir qardaşı Cabbar Musayev bildirib. "Biz nəsillikcə Musanı qohumluqdan çıxarmışıq, o, nəinki nəslimizin adına, doğulduğu İmişlinin adına ləkədir. Vaxtında ona anam da, əmim Niyaməddin də, mən də dedik ki, o qadından əl çək. Amma bizi eşitmədi, dedi ki, iki dünya bir ola ondan ayrılmayacağam. İndi ölüb yerə girsin. Mən onu qardaşlıqdan çıxarmışam. Bütün nəsil o adda adam tanımır. O qadının Musanın başına gətirdiyi oyunları bilsəniz, tükünüz başınızda biz-biz olar. Musanın bütün var-dövlətini yedi, qazancı hesabına özünə nələr etdi. Amma Musanın adına bir pencək də yoxdur. Qardaşımın başını yedi, xarab etdi. Haradaydı Musada o qeyrət ki, Təranəyə xəsarət yetirə. Elə qeyrəti olsaydı, vaxtında o işi görərdi. Musa qədər namussuz, qeyrətsiz insan heç Fransada da yoxdur. Amma qocalmış vaxtında əgər ayılıb o qadından əl çəkəcəksə, buna görə Allaha min şükür etmək olar. Musa dünyanın ən bədbəxt insanıdır, bir qadının əlində oyuncağa çevrilib, başı xarab olan bir insandır. O qadın Musanın adına nələr böhtan danışmadı; gah narkoman dedi, gah alkaş. Musaya o da azdır". Bu da qeyrət anlayışına yanaşma tərzi. Qeyrət anlayışına bu qədər ucuz yanaşmaq nə dərəcədə doğrudur. Yaхud da bir qardaş öz qardaşına namussuz, qeyrətsiz deyirsə, buna Azərbaycan cəmiyyətində nə ad vermək olar? Adam qardaşının başının хarab olduğunu deyir, amma öz açıqlamaları ilə özünün də nəsə çatışmazlığı olduğunu aydın göstərir. "Mən indən belə onun yanına qayıtsam, başıma arvad kimi yaylıq bağlayaram". Bu da hadisələrin "qəhrəmanı" Musa Musayevin açıqlaması. Bu açıqlama Azərbaycan-türk kişisinin qeyrət anlayışına qətiyyən yaraşmır. Necə ola bilər ki, bir kişi xanımını başqa bir kişi ilə yaxaladığını mətbuata bu qədər rahat şəkildə açıqlaya bilər? Ailələrində nələrin baş verdiyi Musa Musayevin öz şəxsi problemidir. Bu məlumatın bu şəkildə yayılması və cəmiyyət tərəfindən bu şəkildə müzakirəyə qoyulması artıq adı olmayan biabırçılıqdır. Yəni ki, başa türk qadının qeyrət rəmzi olan yaylıq bağlamaq bundan min dəfə daha yaxşıdır. Burada haşiyə çıxıb demək istərəm ki, zəhmət olmasa, dəyər anlayışlarımızdan olan yaylığın adını çirkli məsələlərdə hallandırmayın. Əgər Musa bəy çıxış yolu axtarırsa, keçmiş kişilər bu cür hərəkətlərə daha çox öldürməklə cavab veriblər. Yəni namuslarını təmizləmək üçün. İnsanı öldürməyə heç bir insanın ixtiyarı olmaya bilər. Hardasa bu hərəkəti edən insanları başa düşmək olar. Amma xanımının bu cür hərəkətini əgər doğrudan da görübsə, cəmiyyətə çıxarıb müzakirə obyektinə çevirməyə kişi adını daşıyan insanın qətiyyən mənəvi haqqı yoxdur. Bu formada rəzilliyi gündəmə gətirən, cəmiyyət arasında yayan adamın özünə ölüm hökmü verilsə, azdır. Təranə Qumral keçmiş həyat yoldaşı Musa Musayevin ittihamları qarşısında nələr deyir: "Musa ilə mənim boşanmağım çoxdan olub. Mən bütün sənədləri göstərə bilərəm. Sadəcə olaraq, uşaq atasız qala bilmədiyi üçün mən Musanı qızımın başına fırlayıb dedim ki, ailə kimi olmasa da, bir yerdə yaşamağa davam edək, həm də birgə yaradıcı fəaliyyətimiz də var. Bəzən aramızda söz-söhbətlər də olurdu. İnanın, külli miqdarda borclanmışdı. Ondan-bundan borc yığıb pulları futbola yatırırdı. 3 min birindən, 3 min 6 yüz birindən, 10 min, 20 min də başqalarından alıb borca girmişdi. Mən artıq cana doydum. Və dedim ki, səninlə bir yerdə yaşamaq istəmirəm. O da dedi ki, mənimlə yaşamasan, mən səni biabır edəcəyəm. Onu da deyim ki, uzun müddət idi bağda yaşayırdı. Və bilmirəm çöllərdə mənə qarşı kim öyrədir. Dünən evə gəldi, heç nə demədən üstümə hücum çəkdi. Qarşısına qızım Fidan keçdi. Birinci onu vurdu. Bilmirəm o açıqlamanı haradan verib, guya polisə şikayət etmişəm, belə bir şey olmayıb. Heç indi də mobil telefonuna zəng çatmayıb. Azyaşlı qızım Sevgim qorxduğu üçün mən qonşuya keçdim. Jurnalistlər istəsə, Musanın borclu olduğu insanların nömrələrini onlara verə bilərəm. Borc alıb kimlərə yedirdəcək, mən niyə balalarımın boğaznmdan, geyim-keçimlərindən kəsib ona xərcləməliyəm? Əvvəllər heç kim Musanı saymayanda mən onu kəşf elədim, onu adam elədim. Nə olsun Musa yaxşı oxuyan idi? Yataqda məni başqa birisi ilə tutduğuna gəlincə, qoy ad çəksin. Əgər, həqiqətən, məni kimləsə tutubsa, niyə öldürməyib? Elə ikimizi də öldürərdi. Çox xahiş edirəm jurnalistlər yazıb-pozmaq üçün bu mövzunu şişirtməsinlər. Qardaşları bir yandan, anası bir yandan üstümə hücum çəkirlər. Onu da deyim ki, Musanın psixoloji problemləri də var idi. Bu məsələdə ürəkağrıdan məsələlərdən ən vacibi Musa Musayevin açıqlamasının mətbuatda, sosial şəbəkələrdə "onu başqası ilə öz yatağımda gördüm" şəklində hallanmasıdır. Məlumatı ötürən mətbuat orqanı reytinq xatirinə bu addımı atıb. Təranə xanım Azərbaycan qadınıdır. Musa bəy də kişi adının daşıyıcısıdır. Əgər doğrudan ailələrində problem olubsa, zəhmət çəkib ailədaxilində bunu həll edərdilər. Açıqlamanı olduğundan da artıq şəkildə hallandıran mətbuat qurumları da qınanmalıdır. Bəlkə o insan doğrudan başı xarabdır. Biz də başı xarab olmalıyıq? İki gündür ki, Təranə nə deyir, Musa nə deyir, qohumları nə deyir? Əgər hərəkəti edib cəmiyyətin adına qara ləkə gətirən musalar, təranələrdisə, bu lüzumsuz məsələnin bu qədər gündəmi məşğul etməsində xəbərdən istifadə edənlər də günahkardır. Dünəndən bəri bu xəbərə yazılan şərhlərə inanmaqda çətinlik çəkirəm. Niyə normal bir xəbər bu qədər şərh olunmur? Axı, əlbir olub cəmiyyətin mənəvi dayaqlarını sarsıtmağa bizə kim ixtiyar verib?
Aydilək