Avstriyanın dövlət radiosu Beynəlxalq Muğam Mərkəzindən reportaj hazırlayıb

Avstriyanın dövlət radiosu Beynəlxalq Muğam Mərkəzindən reportaj hazırlayıb

Dövlət Turizm Agentliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Avstriyanın "Radio Ö 1" dövlət radiosunun  əməkdaşları Beynəlxalq Muğam Mərkəzində olublar.
Olaylar.az bildirir ki, radionun əməkdaşları Erich Klein və Roman Tschiedl  Beynəlxalq Muğam Mərkəzinin yaranması, memarlıq üslübü və fəaliyyəti ilə tanış olublar.
Radioya BMM-nin yaranma tarixi və fəaliyyəti barədə qurumun direktoru, Xalq artisti Murad Hüseynov müsahibə verib. Bildirib ki, Azərbaycan xalqının qədim və zəngin tarixinin, mədəni irsinin mühüm bir qolunu da muğam sənəti təşkil edir. Beynəlxalq Muğam Mərkəzi dünyada misli olmayan möhtəşəm bir mərkəzdir. Bura Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə inşa olunub. Bu mərkəzin açılması muğam dünyası üçün bir bayrama çevrilərək əsl musiqi hadisəsi kimi yadda qalıb. Sevindirici haldır ki, indi yalnız Bakıda deyil, Heydər Əliyev Fondunun təşəbbüsü ilə bölgələrimizdə, Qarabağ torpağında, işğal altındakı torpaqlarımızla sərhəd şəhərlərimizdə də istedadlı gəncləri yetişdirmək və muğam sənətinə töhfə vermək üçün gözəl muğam mərkəzləri istifadəyə verilib.  Diqqətə çatdırılıb ki, Azərbaycanın muğam sənəti Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərlərindən biridir. Qonaqlar həmçinin BMM-nin muzey hissəsində qdəim musiqi alətləri ekspozisiyası ilə tanış olub, Azərbaycanən milli musiqi alətləri hqqında məlumatları qeyd ediblər. BMM-nin foyesində büstləri ucaldılan görkəmli muğam ustadlarının hər biri haqqında ayrılıqda məlumat əldə ediblər. Avstriyada efirə gedəcək radioveriliş üçün müsahibədə direktor Qarabağ muğam məktəbi, Şuşa və işğal altında olan sənət abidələrimiz haqqında məlumatı diqqətə çatdırıb. Daha sonra qonaqlar onlar üçün xüsusi təşkil edilən muğam konserti dinləyib lentə alıblar.


 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31