Sabir Rüstəmxanlı toya hazırlaşır

Millət vəkili Sabir Rüstəmxanlının ailəsi toya hazırlaşır. "OLAYLAR"-ın verdiyi xəbərə görə, Sabir Rüstəmxanlı iyunun 9-da oğlu Cəmil üçün toy məclisi quracaq. Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədovla quda olan millət vəkilinin övladı üçün toy mərasimi "Aksaray" şadlıq sarayında baş tutacaq. Məclisdə Sabir Rüstəmxanlının həmkarları ilə yanaşı bir sıra hökumət rəsmiləri də iştirak edəcək.
Sabir Rüstəmxanlının xanımı Tənzilə Rüstəmxanlı məclisqabağı sevincini "OLAYLAR"-la bölüşüb. O, övlad toyu etdiyi üçün sevincli olduğunu vurğulayıb və bütün subay gənclərə toy məclisi arzulayıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31