Şou- biznesimizi təhlükə gözləyir

Elza Seyidcahan səhnədən gedə bilər

Azərbaycanın əməkdar artisti Elza Seyidcahan yeni layihələrindən və gələcəkdə görmək istədiyi işlərindən danışıb. İfaçılıqla yanaşı bəstəkarlıqla məşğul olan xanım müğənni sənətdən nə vaxt gedəcəyi haqda da məlumat verib. SİA-ya açıqlama verən Elza xanım bunları deyib:"Hər zamankı kimi yeni layihələr üzərində çalışıram. Bildiyinizə görə, bu yaxınlarda solo konsertlə dinləyicilərin qarşısına çıxmışdım. Ancaq yenə də layihələrim olacaq. Yəni bu o deməkdir ki, hələ məni çox görəcəksiniz və tamaşaçılarımı sevindirəcəyəm. Ola bilsin ki, nə vaxtsa ifaçılıqdan əl çəkim. Ancaq ömrümün sonunadək bəstəkarlıq edəcəyəm", - deyə Elza Seyidcahan əlavə edib.milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31