Qənirə Paşayevanın kitablarının Türkiyədə təqdimat mərasimi keçirilir
18 Aprel 2012 13:24 MədəniyyətMilli Məclisin deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Qənirə Paşayevanın erməni problemi ilə bağlı yazdığı kitabların Türkiyədə təqdimat mərasimi keçirilir. "OLAYLAR"-a daxil olan məlumata görə, millət vəkilinin işıq üzü görən kitablarına ön sözü Türkiyə Böyük Millət Məclisinin Milliyətçi Hərəkat Partiyasından olan üzvü Sinan Oğan yazıb. Türkiyə Beynəlxalq Əlaqələr və Strateji Araşdırmalar Mərkəzinin konfrans zalında baş tutan təqdimat mərasimində Türkiyə Böyük Millət Məclisinin üzvləri, qardaş ölkədə fəaliyyət göstərən ictimai və siyasi təşkilatların nümayəndələri də iştirak edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31