Teatrda yeni tamaşaya ictimai baxış oldu

Teatrda yeni tamaşaya ictimai baxış oldu

Böyük ədib, görkəmli dramaturq, Molla Nəsrəddin jurnalının qurucusu, Azərbaycanı varlığı ilə sevən və xalqın maariflənməsi üçün daim mübarizə aparmış Cəlil Məmmədquluzadə yaradıcılığı hər zaman aktual olub.

Olaylar.az bildirir ki, Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti bu mövsüm də Mirzə Cəlilə müraciət edib. Cəlil Məmmədquluzadənin 150 illiyinə töhvə olaraq ədibin "Danabaş kəndinin əhvalatları" povesti əsasında eyniadlı tamaşanı dövlət sifarişi yolu ilə hazırlanıb və 2 hissəli tamaşaya ictimai baxış keçirilib.

Əsərin səhnələşdirəni və quruluşçu rejissoru Əməkdar artist Namis Şirməmmədov, tamaşanın quruluşçu rəssamları - Elşən Sərxanoğlu və Şahin Hüseyli rejissor ideyasına və əsərin ali məqsədinə uyğun bədii dekorasiyanın öhdəsindən uğurla gəliblər. Rollarda Əməkdar artistlər İlahə Səfərova , Sədaqət Nuriyeva , Cəlal Məmmədov , Mövsüm Hüseynov, aktyorlar - Habil Xanlarov, Dağlar Rüstəmov, İlahə Səfərova , Kamran Muradlı, Akif Mirzəyev, Yalçın Səlimov, Cavanşir Eyyubzadə, Rövşad Əsgərov, İlham Səfərli, Ceyhun Məhərrəmov, Siyavuş Mahmudov, Elmir Mehdiyev, Ramazan Xanlarov, Vaqif Səmədzadə, Orxan Firudinov, Mətanət Əmirullayeva, Mətləb Səfərli və Fizuli Qərənizadə çıxış edirlər. Tamaşa izləyicilərə "Haqqın, ədalətin yanında ol" mesajını ötürür.

Səhnə əsərinin ictimai baxışında bədii şura üzvləri, teatrın yaradıcı heyəti iştirak edirdi. Teatrın direktoru Əməkdar artist ilk öncə tamaşanı ərsəyə gətirən kollektivi təbrik etdi, Mirzə Cəlil yaradıcılığının aktuallığından danışdı və klassik əsərlərin gənclərin tərbiyəsində oynadığı önəmli rolu vurğuladı. Bədii şura ûzvləri, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov, teatrın baş rejissoru Xalq artisti Firudin Məhərrəmov və başqaları yeni tamaşanın bədii-estetik məziyyətlərindən, aktyor impravizələrinin dəqiqliyindən, tamaşanın bədii tərtibat həllinin uğurundan danışdılar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31