Bu gün "Toya bir gün qalmış” Afaq Bəşirqızı ilə

Bu gün axşam saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Şöhrət" ordenli Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə yazıçı-dramaturq Əli Səmədlinin "Toya bir gün qalmış" iki hissəli komediyası nümayiş olunacaq. Bu  barədə  məlumatı  teatrın  mətbuat  xidmətinin  rəhbəri  Fəridə Aslanova Rüstəmova verib

Tamaşaçıların hər dəfə böyük maraq və rəğbətlə qarşıladığı bu tamaşa 2015-ci ildən teatrın repertuarındadır və artıq neçə ildir ki, uğurla nümayiş olunur. Tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov, baletmeysterləri Əməkdar artistlər - Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.
Səhnə əsərində Afaq Bəşirqızı ilə yanaşı, teatrın sevimli aktyorları - Əməkdar artistlər Ələkbər Əliyev, İqrar Salamov, aktyorlar - Möylə Mirzəliyev, Elxan İsmayılov, Rəsmiyyə Nurməmmədova, Gülcahan Salamova, Əliməmməd Novruzov, Hüseyn Əlili, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Fərid Rzayev də çıxış edəcəklər.
Əsərin süjet xətti gözlənilməz və maraqlı situasiyalarla zəngindir.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Afaq Bəşirqızının yaradıcılığının vurğunu olan hər kəsi bu tamaşaya baxmağa dəvət edir.
Biletləri şəhərimizin bütün kino-teatr kassalarından, "ASAN xidmət" mərkəzlərindən, eləcə də "iticket.az" saytından əldə etmək olar.

На изображении может находиться: 5 человек, в помещении

На изображении может находиться: 1 человек, стоит, костюм и в помещении

На изображении может находиться: 2 человека, люди стоят и в помещении

На изображении может находиться: 2 человека, люди сидят, гостиная и в помещении

На изображении может находиться: 11 человек, люди стоят, свадьба и в помещении

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31