Fortepiano aləti üzrə növbəti təlim kursu başa çatdı

Fortepiano aləti üzrə növbəti təlim kursu başa çatdı

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin istifadəsində olan fortepiano və royal alətlərinin mütəmadi olaraq köklənməsi və cari təmir işlərinin aparılması üçün mütəxəssislərə böyük ehtiyac duyulur.

Olaylar.az bildirir ki, bunu nəzərə alaraq Nazirlik tərəfindən Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 03-14 fevral tarixində fortepiano və royal alətinin təmiri, köklənməsi və nizamlanması üzrə təlim kursu keçirilib.

Kurslarda Gəncə, Samux, Naftalan, Zərdab, Gədəbəy, Yardımlı, Şəki şəhər və Cəlilabad rayon uşaq musiqi məktəblərinin müəllimləri iştirak etmiş və onlar alətlərin tarixi və hissələri, mexanikanın nizamlanması, çəkiclərin şlifovkası, klavişlərin, pedalların təmiri haqqında məlumat və s. praktiki vərdişlər əldə etmişlər.

Təlim kurslarını Abbas Kərimov keçirmiş və sonda Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Bədii Təhsil şöbəsinin müdiri Sevil Ələkbərova iştirak edən müəllimlərə müvafiq Sertifikatlar təqdim etmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31