Bəhram Bağırzadənin "Hacı Zeynalabdin Tağıyev - Uşaqlar üçün" kitabı nəşr edilib

Azərbaycanın Əməkdar artisti, tanınmış aktyor, nasir Bəhram Bağırzadənin uşaqlara həsr edilən "Hacı Zeynalabdin Tağıyev-Uşaqlar üçün" adlı kitabı çapdan çıxıb.

Azərbaycanın Əməkdar artisti, tanınmış aktyor, nasir Bəhram Bağırzadənin uşaqlara həsr edilən "Hacı Zeynalabdin Tağıyev-Uşaqlar üçün" adlı kitabı çapdan çıxıb.

Olaylar.az bildirir ki, bu barədə Bəhram Bağırzadə sosial şəbəkədə məlumat yayıb.

B.Bağırzadə H.Z.Tağıyevə həsr edilən kitabın satışa çıxarılmayacağını, xeyriyyə nümunəsi olaraq, uşaqlara hədiyyə ediləcəyini bildirib: "Hörmətli dostlar! Demək olar 30 ildir ki, mən bu dahi şəxsiyyət haqqında kitabı nəşr etmək istəyirdim və sabah mənim arzum həyata keçəcək - "Hacı Zeynalabdin Tağıyev - Uşaqlar üçün" kitabı işıq üzü görür! Bu kitab satışa buraxılmayacaq, belə ki, dahi xeyriyyəçiyə nümunə olaraq, mən bütün ekzemplyarları uşaqlara paylamaq niyyətindəyəm. Sizlərdən kimsə bu kitabi əldə etmək istəyirsə, mənə yazsın. Söz verirəm ki, mənə yazan hər kəsə cavab verəcəm və mütləq mənim yeni "Hacı Zeynalabdin Tağıyev - Uşaqlar üçün" kitabımı hədiyyə edəcəm! " deyə Bəhram Bağırzadə əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31