Aydın Kazımzadənin 80 illiyi qeyd ediləcək
Aydın Kazımzadənin 80 illiyi qeyd ediləcək
13 Fevral 2020 15:24 MədəniyyətFevralın 18-də Azərbaycan Dövlət Film Fondunda, görkəmli kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
Olaylar.az bildirir ki, bu barədə Dövlət Film Fondunun direktor müavini Rəşad Qasımov məlumat verib.
Onun sözlərinə görə, tədbir Mədəniyyət Nazirliyinin dəstəyi, Dövlət Film Fondunun təşkilatçılığı ilə reallaşacaq.
Tədbir çərçivəsində Aydın Kazımzadənin həyat və fəaliyyətindən, o cümlədən Azərbaycan kinosunun tədqiqində və tarixinin öyrənilməsində müstəsna xidmətlərindən danışılacaq.
Qeyd edək ki, giriş sərbəstdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31