İsfar Sarabski caz festivalında çıxış edəcək
İsfar Sarabski caz festivalında çıxış edəcək
11 Fevral 2020 12:26 MədəniyyətMayın 6-dan 10-dək Berlində XJAZZ festivalı keçiriləcək.
Olaylar.az bildirir ki, mayın 7-də Azərbaycanın Əməkdar artisti İsfar Sarabski və Rusiyanın "Deeech" dueti (zərb alətləri ifaçısı Aleksandr Maşin və xoreoqraf Alina Sokulskaya) festivalda birgə konsert proqramı təqdim edəcək.
Beynəlxalq festivallarda uğur qazanmış Aleksandr Maşinin, həmçinin Azərbaycan musiqiçiləri ilə çıxışları olub. Alina Sokulskaya xoreoqraf, ifaçı, müəllim kimi fəaliyyət göstərir, Afroamerika rəqslərinin tədqiqatçısıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31