Deyirlər ki, toy olacaq!

Xalqı xalq edən onun milli adət-ənənələridir. Milli adət-ənənələr, mərasimlər xalqımızın milli sərvətidir və xalqın irsinin, milli mənəviyyatının, mədəni simasının təzahürüdür. Xalqımızın milli-estetik dəyərlərin tərənnümçüsü olan toy kimi gözəl adəti var. Toy hər bir xalqın milli-etnik davranış normalarını, vərdişlərini, ailə-məişət etikasını varislik baxımından yaşatmaqla yanaşı, xalqın bədii yaradıcılığının mənbəyi kimi də böyük əhəmiyyətə malikdir.

Olaylar.az bildirir ki, fevralın 13-də Azərbaycan Milli İncəsənət Muzeyi hər kəsi xalqımızın  nəsildən-nəsilə keçərək bu günə qədər gəlib çatmış milli adət-ənənələrini müzakirə etməyə, eləcə də  toy atributikası, geyimləri, zinət əşyaları ilə yaxından tanış olmağa dəvət edir. Qonaqlar bu əski ənənəmiz barədə onları daim maraqlandıran sualları birbaşa etnoqraf-alim Solmaz Məhərrəmovaya yönəldə biləcəklər.

Qeyd edək ki, giriş sərbəstdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31