Muğam Mərkəzində "Aşıq musiqisi axşamları"
Muğam Mərkəzində "Aşıq musiqisi axşamları"
10 Fevral 2020 15:37 MədəniyyətFevralın 13-də Beynəlxalq Muğam Mərkəzinin "Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstanın "Şöhrət" ordenli ziyalısı Dünyamalı Kərəmin 100 illik yubileyinə həsr olunmuş gecə keçiriləcək.
Olaylar.az bildirir ki, Dünyamalı Kərəmin 1930-cu illərdən, 2000-ci illərə kimi yazdığı şeirlərə nəzər saldıqda görürsən ki, hər dövr üçün bir rəngarənglik yaradıb. Yaradıcı insan hansı yaşda olmasına baxmayaraq, yaşadığı dövrün zamanını və nəbzini tutmağı bacarmalıdır. 100 yaşlı yubilyarın doğulduğu Borçalı qəzasının Qoçulu kəndində keçən uşaqlıq dövründən, poeziyasından , uzunömürlülüyün sirrindən agah olmaq istəyən bütün saz-söz həvəskarlarını Gecədə həmçinin tanınmış ziyalılar Dünyamalı Kərəmin yaradıcılığı ilə bağlı fikirlərini bölüşəcək tanınmış el aşıqlarının ifaları təqdim olunacaq.