Şah Mat Teatrının hazırladığı yeni tamaşa maraqla izlənildi

Şah Mat Teatrının hazırladığı yeni tamaşa maraqla izlənildi

Müstəqil Şah Mat Teatrı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının A.M. Şərifzadə səhnəsində dünya şöhrətli fransız yazıçısı Viktor Hüqonun "Ölüm məhbusunun son günü" əsərinin motivləri əsasında hazırladığı "Edama məhkumun son günü" adlı tamaşa ilə çıxış edib.

Olaylar.az bildirir ki, səhnə əsəri Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə təqdim olunub.

Tanınmış yazıçı-şair Salam Sarvanın tərcüməsi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Səbinə Abutalıbzadədir.

Psixoloji dram janrında hazırlanan səhnə əsərində teatrın istedadlı aktyoru Anar Bulud çıxış edib.

Xronometrajı 40 dəqiqə olan tamaşanın rejissoru Mir Qabil Əkbərov fransız dramaturqunun klassik romanına tamamilə fərqli aspektdən yanaşmağı bacarıb, maraqlı bir monotamaşa ərsəyə gətirə bilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31