Ukraynanın Əməkdar artisti Opera və Balet Teatrının səhnəsində çıxış edəcək
Fevralın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Bohema” operasının tamaşası olacaqdır.
29 Yanvar 2020 17:12 MədəniyyətFevralın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin "Bohema" operasının tamaşası olacaqdır.
Olaylar.az bildirir ki, tamaşada əsas partiyaları ifa etmək üçün Teatrın rəhbərliyi Ukrayna Milli Operasının solisti, Ukraynanın Əməkdar artisti Tatyana Qaninanı, Odessa Milli Akademik Opera və Balet Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin qalibi Eduard Martınyuku və Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solisti, Belarusun Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromovu dəvət etmişdir.
Tamaşada Ukrayna və Belorusdan dəvət olunmuş vokal ulduzları ilə yanaşı, həm də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri - Respublikanın Əməkdar artistləri İnarə Babayeva, Tural Ağasıyev, Əliəhməd İbrahimov, Xalq artistləri Əli Əsgərov, Əkrəm Poladov və b. çıxış edəcəklər.
Qeyd edək ki, tamaşanı Azərbaycan Respublikasının Xalq artisti, professor Yalçın Adıgözəlov idarə edəcəkdir.