Filarmoniyada milli musiqi gecəsi

 Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Milli musiqi alətlərimiz - milli sərvətimizdir” adlı konsert olub.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Milli musiqi alətlərimiz - milli sərvətimizdir" adlı konsert olub.

Olaylar.az bildirir ki, gecədə Vasif Cavadov, Günel Qasımova, Orxan Hüseynov, Amin Abdullayev, Əmir Nəbiyev, Kamal Məmmədli və başqaları çıxış ediblər. Musiqiçiləri İlahə Hüseynovanın dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri müşayiət edib.

Konsertdə xalq musiqisi nümunələri və Azərbaycan bəstəkarlarının əsərləri səslənib. Konsert böyük maraqla qarşılanıb.

Qeyd edək ki, "Gənclərə dəstək" layihəsi çərçivəsində təşkil edilən konsertin əsas məqsədi Azərbaycanda gənc istedadları üzə çıxarmaq və onları inkişaf etdirməkdir. Layihənin ideya müəllifi filarmoniyanın direktoru, Xalq artisti Murad Adıgözəlzadə, əlaqələndiricisi Ayla Kərimova-Zakariyadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31