Muğam Mərkəzində Aşıq musiqisi səslənəcək

Muğam Mərkəzində Aşıq musiqisi səslənəcək

Fevralın 5-də Beynəlxalq Muğam Mərkəzinin "Aşıq musiqisi axşamları" layihəsi təqdim ediləcək. Olaylar.az bildirir ki, ustad aşıq Cahangir Sənanoğlu "Aslan şahla İbrahimin dastanı"nı söyləyəcək.
Layihənin əsas məqsədi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir.
Aşıq sənəti xalqın fəlsəfi mədəniyyətinin formalaşdığı xüsusi bədii təfəkkür sahəsidir. Sənətin bu növündə poeziya, musiqi, rəqs, ifaçılıq kimi sahələr sintez olunub. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir.
Biletləri İticket.az saytından, Asan xidmət mərkəzlərindən və şəhərin bütün kassalarından əldə etmək olar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31