Braziliyada Azərbaycan Xalçalarının foto sərgisi nümayiş olundu

Braziliyada Azərbaycan Xalçalarının foto sərgisi nümayiş olundu

Braziliyanın San Paulo şəhərinin Penya Mədəniyyət Mərkəzində, Azərbaycan Xalçalarının foto sərgisinin açılış mərasimi baş tutmuşdur.

Olaylar.az bildirir ki, Azərbaycan Respublikasının Braziliyadakı səfirliyi, Azərbaycan Respublikasının Mədəniyyət nazirliyi və San Paulo meriyasının dəstəyi ilə keçirilən sərgidə Azərbaycan xalçaçılıq sənətinin nümunələrinin, ölkəmizin xalçaçılıq məktəbinə məxsus müxtəlif incəsənət nümünələrinə aid xalçaların fotoları sərgilənəcəkdir.

Sərginin açılş mərasimində, San Paulo şəhərində akkreditə olunmuş diplomatik kurpusun nümayəndələri, yerli universitetlərin incəsənət sahəsində mütəxəssisləri, şəhər meriyasının işçiləri və şəhər sakinləri iştirak etmişlər.

Sərginin açılışında, səfir Elxan Poluxov, San Paulo şəhər meriyasının beynəlxalq əlaqələr departamentinin nümayəndəsi Kamila Assis və Penha Mədəniyyət Mərkəzinin direktoru Valkiria Gama Nacimento çıxış etmişlər.

Sərgi zamanı, 20 yanvar hadisələrinə və Xocalı soyqırımına həsr edilmiş jurnal, buklet, kitab və digər çap materialları sərgi iştirakçılarına təqdim edilmişdir, eləcədə səfir Elxan Poluxov öz çıxışı zamanı bu faciəvi tarixlər haqqında danışmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31