Qəribə üçlük və cazibədar Sofiya- Elçin Hüseynbəyli yazır
Qəribə üçlük və cazibədar Sofiya-Elçin Hüseynbəyli yazır
27 Yanvar 2020 15:31 MədəniyyətElçin Hüseynbəyli
("Paralel dünyalar" silsiləsindən)
... Biz orda qalmışdıq ki, mən bağçada gəzən qrafla gözəl xanımı göstərib soruşdum.
-O xanım kimdir?
Qulluqçu gözləmədiyim cavabı verdi:
-Qrafın xanımı.
- !?
Mən onlara baxdıqca bir neçə il əvvəli - 1827-ci ilin hadisəsini xatırladım...
... Faytonda gedirdik. Üç nəfər idik. Məsafəni qısaltmaq üçün bir-birimizin başına gələn maraqlı əhvalatlar danışırdıq. Ən yadımda qalanı "De la Frans" qəzetinin bir zamanlar müxbiri olmuş adam oldu. O, qocalsa da yaraşığını itirməmişdi. Hiss olunurdu ki, bir zamanlar qadınlar arasında "serdtseyed" (canalan) kimi tanınırmış. Adını unutduğum həmin adam belə bir hadisə söylədi:
-Bir dəfə Fa əyalətinə ezamiyyətə getmişdim. Əslində bu ezamiyyət də yox, bir səfər idi. Məqsəd gördüklərim və eşitdiklərim maraqlı əhvalatları qələmə almaq idi. Amma ən maraqlı əhvalat mənim başıma gəldi. Mehmanxanaya düşmək istəyirdim ki, bir nəfər məni faytonun pilləsindəcə qarşıladı və dedi ki, qraf Hafinyo (ad şərtidir) öz malikanəsinə dəvət edir. O belə hesab edir ki, əziz qonağın mehmanxnada qalması onun üçün qəbahət sayıla bilər. Hə, onu deyim ki, mən bir neçə dəfə Fa əyalətindən keçib getmişdim və qraf Hafinyo ilə yolüstü bir ziyafətdə iştirak etmişdim. Bu dəfə mənim Fa əyalətinə səfərim barədə qəzetimiz məlumat vermişdi. Ona görə də mənim bura gəlişimdən elə ilk xəbər tutan da qraf Hafinyo idi.
Məni qarşılayan şəxs özünü qrafın eşikağası kimi təqdim elədi və təkidlə öz karetasında əyləşdirdi.
Qraf Hafinyo və gözəl arvadı məni qarşıladı. Arvadının gözəlliyi barədə eşitmişdim və indi gözlərimlə gördüm. Qrafinya Sofiyanın yumru ağ sifəti, sarı saçları və iri yaşıla çalan gözləri vardı. Əyninə kip geydiyi vertuqettası (donu) belinin incəliyini qabardırdı.
Qullquçuya buyurdular ki, məni qonaq otağına aparsın. Çünki iki gündü yol gəlmişdim. Yuyunmağa və istirahətə ehtiyacım vardı.
Qonaq otağının pənərəsi bağçaya açılırdı. Bağçada xırda çarhovuz vardı, ətrafına xırda heykəlciklər quraşdırılmışdı.
Bir az yatandan sonra qulluqçu məni şam yeməyinə dəvət elədi.
Uzun stolun ətrafında daha bir kişi vardı. Qraf Hafinyo onu mənə yaxın dostu kimi təqdim elədi və dedi ki, o, artıq bir neçə gündür ki, burdadır və demək olar ki, qəsrin sevimli müsafirlərindən biridir.
Biz süfrə ətrafında ordan-burdan danışdıq. İtalyanlarla sərhəddə baş verən xırda anlaşılmazlıq, İngiltərə kraliçasının yeni məşuqu barədə söhbət etdik və insan azadlığının mənəvi və fiziki cəhətlərini araşdırdıq. Məlum oldu ki, məndən başqa hər üç həmsöhbətim azad cinsi həyatın tərəfindədirlər. Mənə elə gəldi ki, bu "azadlığa" qrafın öz plantasiyasından istehsal edilmiş "Hafinya + Sofiya" şərabının da təsiri var.
Qüllədəki gecə zəngi vurulanda hərəmiz öz otağımıza çəkildik. Onu da deyim ki, mənim çarpayım həddən artıq geniş idi və mən bunu qonağa xüsusi hörmətin əlaməti kimi qəbul elədim...
Gecə qəribə hadisə baş verdi... Təfərrüratı danışmayacam. Onda ayıldım ki, qrafinya Sofiya çarpayının yanında diz üstə çöküb.
O, alt köynəyində idi, amma çırağın işığında ağappaq bədəni, iri yumru döşləri və döşlərinin çəhrayı gilələri belə görünürdü. Qrafinya utanıb çəkinmədən mənə:
-Olarmı, sizinlə bir az oynaqlaşaq?
Elə bildim ki, yuxu-görürəm. Gözlərimi ovuşdura-ovuşdura qalxıb çarpayıda oturdum. Bu, yuxu-zad deyildi. Qrafinya doğrudan da qarşımdaydı və əlini tumanıma salımışdı
Mən təzə evlənmişdim və arvadıma xəyanət barədə düşünmürdüm də. Mən dedim ki, bu, qəti ola bilməz. Bu, mənim həm bir xristian kimi təbiətimə yaddır, həm də olduğum evin sahibinə xəyanət edə bilmərəm.
Amma qrafinya öz işindəydi.
Mən qrafinyanı geri itələdim və sıçrayaraq ayağa qalxdım.
-Siz nə istəyirsiniz!? -deyə bağırdım. -Mən heç vaxt siz deyəni etməyəcəm.
-Xoşunuza gəlmirəm? -deyə qrafinya heç nə olmayıbmış kimi soruşdu.
-İş bunda deyil, -deyə kəkələdim...
-Siz, deyəsən, məni düz başa düşmədiniz.
-Bəs onda nə istəyirsiniz?
-Gərək sənə hər şeyi başa salım, -deyə qrafinya yenidən əlini o yerə uzatdı...
Mən yenidən etiraz elədim. Ancaq onu da etiraf edim ki, nəfsim mənəvi prinsiplərimi üstələyirdi.
-Sakit olun, əziz, dost. Mən indi hər şeyi sizə başa salaram. İş burasındadır ki, hər şey siz gördüyünüz və düşündüyünüz kimi deyil. Qraf Hafinya ilə biz beş ildir ki, evliyik. Bizim evliliyimizin kökü hələ anadan olmamışdan əvvəl qoyulub. Biz evlənəndə məlum oldu ki, qrafın kişiliyi yoxdur, yəni cinsi zəifliyi var. Ona görə də heç kimə bir söz demədik. Sonradan qraf etiraf elədi ki, onun uşaqlıq dostu cənab Eyya da eyni mərəzə tutulub və onlar bir-birilərindən həzz almağa öyrəşiblər və söz veriblər ki, heç vaxt ayrılmasınlar. Qraf atasının təkidi ilə mənə evləndi və əsl alicənab kimi mənə hər şeyi anlatdı, dedi ki, mən xoşuma gələn istənilən kişiylə gizli eşq macərası yaşaya bilərəm. Amma mən namuslu qadınam. Ona görə də bu yolu seçmədim. Sonra biz qərara gəldik alicənab bir adamdan bizim varisimiz olsun. Ona görə də səni seçdik.
-Mən bakirəyəm, əziz, dost, inanmırsan yoxlaya bilərsən. Hamilə olana kimi burada qalacaqsan...
O, doğrudan da bakirəydi...
Adını unutduğum həmin adam burda söhbətini kəısdi.
"Bəs sonra, sonra nə oldu?" -deyə mən hövsələsizlik elədim.
-Heç nə. Hər şey öz axarı ilə getdi. Mən onların arzusuna tabe olmuşdum.
Sonradan biz dəfələrlə markizlə qrafın sevgi macəralarının şahidi olduq, amma mən onlara tamaşa etmirdim.
Mənə mülkləri və kəndləri gəzmək, maraqlı əhvalatları toplayıb qəzetə göndərmək üçün imkan yaradılmışdı. Sevimli arvadıma da yazmışdım ki, işlərim çox olduğuna görə ləngiyirəm. Amma qayıdanda yaxşı pulumuz olacaq. Şərtlərdən də biri beləydi...
Bir gün gəzintidən qayıdarkən əşyalarımın qablaşdırıldığını gördüm.
-Sofiyanın ürəyi bulanır və sizi görmək istəmir. Getmək üçün hər şey hazırdır, -deyə eşik ağası mənə sevinclə bildirdi...
Yola düşərkən həm sevinir, həm də kədərlərnirdim. Sevinirdim ki, nəhayət öz Emmama qovuşacam, kədərlənirdim ona görə ki, bir də cazibədar və şəhvətli Sofiyanı görməyəcəm...
Yanvar, 2020