Azərbaycan Polşada keçiriləcək beynəlxalq müsabiqədə təmsil olunacaq
Azərbaycan Polşada keçiriləcək beynəlxalq müsabiqədə təmsil olunacaq
27 Yanvar 2020 11:58 MədəniyyətPolşada keçiriləcək Frederik Şopen adlı klassik musiqi müsabiqəsində 500-dən çox pianoçu iştirak edəcək.
Müsabiqəyə Azərbaycanla yanaşı, dünyanın 53 ölkəsindən 16-30 yaşlı musiqiçilər qatılacaqlar.
Beynəlxalq müsabiqəsi artıq 18-ci dəfə təşkil olunur. İştirakçıların sayı ilbəil artır. Təkcə Çindən müsabiqədə iştirak üçün 100-dən çox pianoçu ərizə təqdim edib.
Müsabiqənin seçim mərhələsi aprelin 17-28-də keçiriləcək. Qaliblər oktyabrın 2-də keçiriləcək finalda bəlli olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31