Səməndər Rzayevin 75 illik yubileyi qeyd ediləcək

Səməndər Rzayevin 75 illik yubileyi qeyd ediləcək

Yanvarın 2-də Azərbaycan Respublikasının Əməkdar artisti, Dövlət Mükafatı laureatı Səməndər Rzayevin anadan olmasının 75 ili tamam olub.

Olaylar.az bildirir ki, Səməndər Mənsim oğlu Rzayev 1945-ci ildə Ağsuda anadan olub. O, Ağsu rayonundakı dram dərnəyində aktyorluqla məşğul olmuş, 1964-1968-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Onun sənət müəllimləri Rza Təhmasib, Mehdi Məmmədov, Adil İsgəndərov olmuşdur.

1968-ci ildə institutun son kursunda oxuyarkən baş rejissor Tofiq Kazımovun dəvəti ilə Azərbaycan Dövlət Akademik Dram Teatrının truppasına qəbul edilən S.Rzayevin ilk rolu "Hamlet" (U.Şekspir) tamaşasında Horatsio olmuşdur.

2015-ci ildə Azərbaycan Televiziyasında çəkilən "Ömür payı. Səməndər Rzayev" sənədli filmi aktyorun 70 illik yubileyinə həsr olunub.

O, Azərbaycan teatrı və kinosunun inkişafındakı xidmətlərinə görə 1974-cü ildə Azərbaycan SSR Əməkdar artisti fəxri adına, 1980-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür.

Yanvarın 28-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Səməndər Rzayevin 75 illik yubileyinə həsr olunan "Dəli yığıncağı" tamaşası nümayiş olunacaq və fotoşəkillərdən ibarət sərgi keçiriləcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31