UNESKO-da Daimi Nümayəndələr Dərnəyinin tədbiri keçirilib
UNESKO-da Daimi Nümayəndələr Dərnəyinin tədbiri keçirilib
24 Yanvar 2020 14:27 MədəniyyətUNESKO-da fəaliyyət göstərən Daimi Nümayəndələr Dərnəyi Yeni il münasibətilə tədbir təşkil edib.
Olaylar.az bildirir ki, tədbirdə ölkəmizin UNESKO yanında Daimi Nümayəndəliyinin rəhbəri, UNESKO Daimi Nümayəndələr Dərnəyinin prezidenti səfir Anar Kərimov çıxış edib.
O, quruma yeni qoşulmuş nümayəndələrə dərnəyin yaranması tarixi, fəaliyyəti və məqsədləri haqqında məlumat verib. Bildirib ki, dərnək qurumdakı daimi nümayəndəliklərin sosial həyatında mühüm rol oynayır və onların ümumi şəbəkəsidir. Üzvlərini bir araya gətirərək onlar arasında kommunikasiyanı daha da təkmilləşdirir. Bütün bunlar çoxtərəfli əlaqələrin inkişafına töhfə verir. O, müxtəlif ölkələrin UNESKO yanında daimi nümayəndəliklərinin üzvlərinə tədbirin təşkilinə verdikləri dəstəyə görə təşəkkür edib.
Diqqətə çatdırıb ki, tədbir, eyni zamanda, UNESKO-nun 75 illiyinin bayram edilməsinin başlanğıcıdır.
Tədbir çərçivəsində ənənəyə uyğun olaraq nümayəndələr dərnəyinin fəal üzvlərinə diplom və medallar təqdim edilib. 2020-ci ildə dünyamıza dayanıqlı sülh, əmin-amanlıq, təşkilat və onun üzvlərinə isə uğurlar arzulanıb.