Türkiyədə “Azərbaycan üçün oxu” layihəsi uğurla təqdim edildi

Türkiyədə “Azərbaycan üçün oxu” layihəsi uğurla təqdim edildi

Türkiyədə "Azərbaycan üçün oxu" layihəsi təqdim olunub. Olaylar.az bildirir ki, layihə çərçivəsində dünyanın müxtəlif şəhərlərində yaşayan 20 yaxın türk və azərbaycanlı tanınmış  sənətkarlar, siyasətçilər ölkəmizin unudulmaz şairlərin misralarını səsləndiriblər.

Şah İsmayıl Xətai, Nəsimi, Nizami Gəncəvi, Fizüli, Əhməd Cavad, Bəxtiyar Vahabzadə, Zəlimxan Yaqub, Səməd Vuröun, Mikayıl Müşfiq, Xəlil Rza Ulutürk, Məmməd Araz, Almas İldırım, Nigar Rəfibəyli, Nəbi Xəzri, Adil Babayev, Nüsrət Kəsəmənli kimi məşhur şairlərin şeirləri səsləndirilib. Layihənin məqsədi gənc nəsillərə unudulmaz söz sahiblərini xatırlatmaqdır.

Daha öncə Türk dünyasının məşhuru şairi Məhəmmədhüseyn Şəhriyarın Heydər Baba" şeirini məşhur simalara səsləndirən yazıçı Tuğşad ata Türkmən bu dəfə "Azərbaycan üçün oxu" layihəsini uğurla gerçəkləşdirdi.

Hazırlanan sosial çarx Türkiyənin bir çox telekanallarında və sosial şəbəkələrdə geniş marağa və izləməyə səbəb olub.

Qeyd edək ki, layihə aşağıda adları qeyd olunan məşhurlar iştirak edib:

İlbər Ortaylı, Qənirə Paşayeva, Nihat Gənç, Yusuf Ziya arpacık, Seyfulla Türksoy, Gürel Gülsevin, Hulusi Kılıç, Tənzilə Rüstəmxanlı, Etibar Babayev, Azərin, Kamil Musayev, Orhan Aras, Gülzar Bayatlı, Yusuf Gedikli, Fuat Gürel, Ahmet Metin Kumlay, Ramil Quliyev, Turhan Ketene, Tuğşad Ata Türkmen, Oktay Hacıyev.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31