Əməkdar artist Almaz Mustafayevanın yubileyi qeyd olunacaq
Əməkdar artist Almaz Mustafayevanın yubileyi qeyd olunacaq
22 Yanvar 2020 11:40 MədəniyyətYanvarın 25-i saat 19.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli sənətkar, sevilən aktrisa, Əməkdar artist Almaz Mustafayevanın 70 illik yubileyinə həsr olunan mərasim keçiriləcək. Olaylar.az bildirir ki, yubiley mərasiminin quruluşçu rejissoru, Əməkdar artist Nicat Kazımov, rəssamı Mustafa Mustafayevdir.
50 ildir Gənc Tamaşaçılar Teatrında çalışan Almaz Mustafayevanın ailəsi də sənətə, Azərbaycan Teatrına xidmət edir. Sənətkarın hər iki oğlu Mustafa və Tural Mustafayevlər teatr sənətimizin inkişafı üçün çalışır, rəssam və rejissor kimi fəaliyyət göstərirlər.
Almaz Mustafayeva 1997-ci ildə "Qızıl Dərviş" mükafatına, 2013-cü ildə isə Əməkdar artist Fəxri adına layiq görülüb.