İncəsənət Muzeyində “Qan yaddaşımız” adlı sərgi açılıb
İncəsənət Muzeyində “Qan yaddaşımız” adlı sərgi açılıb
21 Yanvar 2020 11:13 MədəniyyətMilli İncəsənət Muzeyində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş "Qan yaddaşımız" adlı rəsm və heykəltəraşlıq sərgisi açılıb.
Olaylar.az bildirir ki, muzeyin elmi işlər üzrə direktor müavini Xədicə Əsədova çıxış edərək bildirib ki, 20 Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, Azərbaycan xalqının iradəsinin sarsılmazlığının, mətinliyinin göstəricisidir.
Muzeyin Bədii tərtibat şöbəsinin müdiri Araz Osmanov deyib ki, sərgidə xalq rəssamları Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Arif Hüseynov, Elmira Şahtaxtinskaya, Xanlar Əhmədov, eləcə də Hafiz Məmmədov, Əmirbəy Nərimanbəyov, Sara Manafova, Şamo Abbasov, Cahangir Rüstəmov, Fərman Qulamov və Sahib Quliyevin "Bakı müsibəti", "19 yanvar 1990-cı il", "Şəhidlər", "Narahat axşam", "Təcavüz", "Şəhidlərə ithaf", "Allah bizə kömək olsun" və başqa əsərləri nümayiş olunur.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Qeyd edək ki, Milli İncəsənət Muzeyində "Qan yaddaşımız" sərgisi yanvarın sonuna qədər davam edəcək.