Vəli Qədimovun yubileyi keçiriləcək
Yanvarın 23-də Beynəlxalq Muğam Mərkəzi və “Mədəniyyət” kanalının təşkilatçılığı ilə Xalq artisti, unudulmaz klarnet ifaçısı Vəli Qədimovun xatirəsinə və 80 illik yubileyinə həsr olunmuş gecə təşkil ediləcək.
21 Yanvar 2020 11:10 MədəniyyətYanvarın 23-də Beynəlxalq Muğam Mərkəzi və "Mədəniyyət" kanalının təşkilatçılığı ilə Xalq artisti, unudulmaz klarnet ifaçısı Vəli Qədimovun xatirəsinə və 80 illik yubileyinə həsr olunmuş gecə təşkil ediləcək.
Olaylar.az bildirir ki, gecədə klarnet ustasının həyat və yaradıcılığından bəhs olunacaq.
Vəli Qədimov görkəmli sənətkar Baba Salahovun rəhbərlik etdiyi ansamblda fəaliyyətə başlayıb. Az vaxt ərzində istedadı ilə ustad sənətkarların diqqətini cəlb edərək xalqın sevdiyi ifaçılardan olub. Mahir klarnet ifaçısı uzun illər SSRİ və Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanın ansamblında çalışıb. Onun ifa etdiyi oyun havaları və xalq musiqisi nümunələrinin lent yazıları hazırda Azərbaycan Radiosunun "Qızıl fond"unda qorunur.