Akademik Musiqili Teatrda “İstintaq”
Akademik Musiqili Teatrda “İstintaq”
17 Yanvar 2020 16:26 MədəniyyətAzərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti yeni-yeni layihələr üzərində işləyir. Olaylar.az bildirir ki, Xalq artisti, Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Firudin Məhərrəmovun quruluşunda, bəstəkar Ceyhun Allahverdi və libretto müəllifi Pərviz Seyidlinin "İstintaq" əsəridir.
Tamaşada "Şöhrət" ordenli Xalq artisti Afaq Bəşirqızı Səlimə xanım, əməkdar artist Şövqi Hüseynov, Rauf Babayev, Əmrah Dadaşov, Nicat Əli, Səmədzadə Xasiyev, orkestr, xor və balet artistləri də iştirak edəcəklər.
Əsərin quruluşçu dirijoru Səməd Süleymanlı, quruluşçu rəssamı Elşən Sərxanoğlu, geyim üzrə rəssamı Yelena Almazova, rejissor assistenti Elməddin Dadaşovdur. Tamaşada plastik hərəkətlərlə qurulan səhnələrin müəllifi beynəlxalq müsabiqələr laureatı, Əməkdar artist Emin Əliyevdir.

