“Faciənin fotosu” nümayiş olunacaq
Yanvarın 19-da Nizami Kino Mərkəzində “Faciənin fotosu” adlı tammetrajlı film nümayiş olunacaq.
17 Yanvar 2020 13:40 MədəniyyətYanvarın 19-da Nizami Kino Mərkəzində "Faciənin fotosu" adlı tammetrajlı film nümayiş olunacaq.
Olaylar.az bildirir ki, film AFB üzvləri, ARTMAX layihəsinin rəhbəri Ayaz Mikayılzadə və filmin ideya müəllifi Fərqanə Qasımlı tərəfindən ərsəyə gətirilib. Layihənin rəhbər və məsləhətçisi Mirnaib Həsənoğludur. Filmə texniki dəstəyi Xətai Qasımlı vermişdir. Filmdə Azərbaycanın fotoqrafları Fərid Əşrəfoğlu, Asim Talıb, Mehdi Abbasov, Malik Şərifov, Fərid Xayrulin, Rauf Umudov, Rasim Sadıqov, Tahir Cəfərov və Mirnaib Həsənoğlu o zaman çəkdikləri fotoların, o günlərin xatirələrini bölüşmüşlər. Dünyasını dəyişmiş fotoqraflar Yaşar Xəlilov, Rafiq Nağıyev, Oleq Litvin haqqında həmkarları, Hüseyn Hüseynzadə arxivinin qoruyub saxlayan ArtFaktor agentliyinin direktoru Asiyat Fətullayeva, Əli Qafarovun həyat yoldaşı Tavat Qafarova xatirələrini bölüşmüş və arxivlər haqqında məlumat vermişlər.
Filmdə AFB, AzərTaç, ARTFAKTOR agentliyinin və fotoqrafların şəxsi arxivlərindən, dünyasını dəyişmiş fotoqrafların arxivlərini saxlayan insanların fikirləri əksini tapıb. Fotoqrafların gördükləri işlər haqqında danışmamasını nəzərə alsaq, filmdə onlar keçirdikləri hissləri və o zaman gördüklərini bölüşüblər. Filmdə təqdim olunan fotoların çoxu ilk dəfə olaraq nümayiş olunacaq. Tanıdığımız fotoların müəllifləri də bu filmdə təqdim olunacaqlar.
Qeyd edək ki, filmin nümayişi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir.