Sarayda muğam dünyasına səyahət olacaq
Sarayda muğam dünyasına səyahət olacaq
17 Yanvar 2020 13:37 MədəniyyətFevralın 18-də Heydər Əliyev Sarayında "Muğam dünyamıza səyahət" adlı konsert proqramı təqdim olunacaq.
Olaylar.az bildirir ki, konsertdə Xalq artisti Gülyanaq Məmmədova və tələbələri Nuranə Tanrıverdiyeva, Rəvanə Vəliyeva, Suma Tapdıqova, Rüstəm Rüstəmzadə, Teymur Əziz, Murad Hacıyev, Həmzə Həsənov, Məlahət Mahmudova, İbrahim Həsənov, Çinarə, Əməkdar müəllim Qəzənfər Abbasov və tələbələri Zülfüqar Mahmudov - Naxçıvanın Əməkdar artisti, Səbinə Ərəbli - Muğam müsabiqəsinin laureatları Nasir Ətapur, Murad Rüstəmzadə, Nüşabə Kərimova, Muğam müsabiqəsinin diplomantları Asim Abbasov, Əlisəfa Qasımov, Ülviyyə Məmmədzadə, Fərid Əliyev, Murad Kəngərli, Əməkdar artist Nuriyyə Hüseynova və tələbələri, Nurlana Kərimova, Fidan Rəhimova, Sevinc Abidinova, Gülgün Cümazadə, Nurlan Nəsibli, Vəsilə Quliyeva, Telli Əbilova, Aslan Abdullayev, Murad Muradov, İbrahim Həsənov, Nurlan Salahov və başqaları iştirak edəcəklər.