Kann Festivalına ilk dəfə qaradərili rejissor sədrlik edəcək
Kann Festivalına ilk dəfə qaradərili rejissor sədrlik edəcək
14 Yanvar 2020 15:16 MədəniyyətAmerikanın tanınmış rejissoru Spayk Li 2020-ci ilin Kann Kinofestivalının Münsiflər Heyətinə sədrlik edəcək.
Mayın 12-dən 23-dək Fransada keçiriləcək 73-cü Kann Kino Festivalına tarixində ilk dəfə qaradərili rejissor rəhbərlik edəcək. Həmçinin Spayk Liyə Kann Festivalının Fəxri "Qızıl palma budağı" mükafatı təqdim olunacaq.
62 yaşlı tanınmış rejissor mətbuata açıqlamasında bildirib ki: "İlk dəfə bu xəbəri eşidəndə sarsıldım, təəccübləndim və qürur hiss keçirdim".
Qeyd edək ki, 73-cü Kann Kino Festivalının digər münsiflərinin adları aprelin ikinci ongünlüyündə bilinəcək.
open.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31