“Karmen” növbəti dəfə nümayiş olunacaq
Yanvarın 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin "Karmen" operasının tamaşası keçiriləcəkdir.
14 Yanvar 2020 13:07 MədəniyyətYanvarın 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin "Karmen" operasının tamaşası keçiriləcəkdir.
Olaylar.az bildirir ki, tamaşada Karmen partiyasını Azərbaycanın Xalq artisti Fidan Hacıyeva ifa edəcəkdir. F.Hacıyeva ilə yanaşı opera tamaşasında Teatrın solistlərindən Xalq artistləri Əli Əsgərov, Gülnaz İsmayılova, Əməkdar artistlər Fərid Əliyev, İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Əliəhməd İbrahimov, Tural Yahyayev, solist Nina Makarova iştirak edəcəklər.
Tamaşanı Teatrın baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcəkdir.