Xalq artistinin 75 illik yubileyi qeyd olunacaq

Fevralın 4-də görkəmli bəstəkar, müğənni və ictimai xadim, Xalq artisti, “İstiqlal” və “Şərəf” ordenli Polad Bülbüloğlunun anadan olmasının 75 illiyi tamam olur.

Fevralın 4-də görkəmli bəstəkar, müğənni və ictimai xadim, Xalq artisti, "İstiqlal" və "Şərəf" ordenli Polad Bülbüloğlunun anadan olmasının 75 illiyi tamam olur.

Olaylar.az bildirir ki,  fevralın 4-də saat 19:00-da Beyləqan rayonunun Olimpiya İdman Kompleksində, fevralın 7-də isə Bakıda Heydər Əliyev Sarayında yubiley gecələrinin keçirilməsi nəzərdə tutulub.

Tədbirlərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası, estrada ansamblı və solistlərin ifasında Polad Bülbüloğlunun əsərləri səslənəcək.

Sənətçi Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasında və dostluq tellərinin möhkəmlənməsindəki xidmətlərinə görə "Müqəddəs knyaz Nevski" mükafatına layiq görülüb. Moskva şəhərində "Ulduzlar" meydanında Polad Bülbüloğlunun şərəfinə yeni ulduz həkk olunub.

Polad Bülbüloğlunun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib, 1973-cü ildə "Əməkdar incəsənət xadimi", 1982-ci ildə "Xalq artisti" fəxri adları, 2005-ci ildə "İstiqlal", 2015-ci ildə "Şərəf" ordenləri ilə təltif edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31