Sarayda Cəlal Abbasovun “Şanson gecəsi” olacaq

Sarayda Cəlal Abbasovun “Şanson gecəsi” olacaq

Fevralın 20-də Heydər Əliyev Sarayında tanınmış şanson ifaçısı Cəlal Abbasovun konserti keçiriləcək.

Olaylar.az bildirir ki, "Şanson gecəsi" adlı konsertdə bakılılar və şəhərimizin qonaqlarına şanson janrında mahnılardan ibarət yeni və fərqli proqram təqdim olunacaq.

Müğənnini səhnədə "Shanson Cover Band" qrupu müşayiət edəcək.

Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və "ASAN xidmət" mərkəzlərindən, "Gənclik" və "28 Mall" ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.

Qeyd edək ki, Heydər Əliyev Sarayında artıq üçüncü solo konsert proqramı ilə çıxış etməyə hazırlaşan Cəlal Abbasov bir sıra yerli və beynəlxalq estrada və mahnı müsabiqələrinin və festivallarının iştirakçısı və qalibidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31