“Gənclərə dəstək” layihəsi çərçivəsində ilin ilk konserti olacaq
“Gənclərə dəstək” layihəsi çərçivəsində ilin ilk konserti olacaq
8 Yanvar 2020 11:05 Mədəniyyət"Gəclərə dəstək" layihəsi çərçivəsində ilin ilk konsert proqramı M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında reallaşacaq.
Olaylar.az bildirir ki, yanvarın 13-də təqdim olunacaq konserti dirijor Orxan Haşımovun bədii rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edəcək.
Konsertdə respublikanın gənc ifaçıları müxtəlif musiqi nömrələri ilə çıxış edəcək, Azərbaycan və dünya bəstəkarlarının yaradıcılığına müraciət edəcəklər.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin dəstəyi, "Mədəniyyət" kanalı və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşən layihə çərçivəsində ötən il 20-dən artıq konsert proqramı təqdim edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31