Azərbaycan Fotoqrafları Birliyi yanvar ayı üçün müsabiqə elan edir - Məhəlləmiz

Azərbaycan Fotoqrafları Birliyi yanvar ayı üçün müsabiqə elan edir - Məhəlləmiz

Azərbaycan Fotoqraflar Birliyi yanvar ayı üçün "Məhəlləmiz" adlı fotomüsabiqə elan edib. Olaylar.az bildirir ki, müsabiqəyə təqdim olunacaq fotoların uzun tərəfi 1500 px olmaq şərtilə, JPEG formatında [email protected] ünvanına göndərilməlidir. Hər bir fotoqraf müsabiqəyə 5 foto təqdim edə biləcək. Fotolar 28 yanvar tarixinə kimi qəbul olunur. Müəllif özü haqqında məlumatları təqdim etməlidir.
Aylıq müsabiqələrdə ilk dəfə olaraq Mobiloqrafiyaya bölməsi üzrə mobil telefon ilə çəkilmiş fotolar da qəbul olunacaq. Göndərilən fotolar Mobiloqrafiya kateqoriyasına aid olunması qeyd edilməlidir.
Qaliblər AFB-nin "Açıq qapı" günü tədbirinin iştirakçıları tərəfindən gizli səsvermə yolu ilə seçiləcək. Münsiflər lazım gəldikdə fotonun ilkin variantını tələb etmək hüquqları var. Fotoların üzərində heç bir müəllif imzası və ya loqosu yerləşdirmək olmaz. Təqdim olunmuş fotolar üzərində heç bir fotoredaktə proqramlarında əlavələr olunmamaq şərti ilə (real rəng, kontrast və s. kimi alətlərdən istifadə olunması mütləqdir), yalnız son bir ildə çəkilmiş fotolar qəbul olunacaq. Fotolarda əks olunmuş insanların razılığı fotoqrafın üzərinə düşür.
Müəllif hüquqları qorunmaq şərti ilə fotoların yalnız təbliği məqsədi ilə istifadə edilməsi müəllif ilə razılaşdırılacaq. Fotolardan kommersiya məqsədi ilə istifadə olunmayacaq.
Qeyd edək ki, fotolar facebookda sosial şəbəkəsində "AFB Ayliq Musabiqe" qrupunda paylaşılacaq. Dekabr ayı üçün nəzərdə tutulmuş foto müsabiqənin mövzu müəllifi Rauf Umud, koordinatoru isə Arzu Mürvətovadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31